...

Azərbaycanda şaxtalı havada avtomobil yollarının vəziyyəti açıqlandı

Cəmiyyət Materials 26 Yanvar 2016 09:36 (UTC +04:00)
Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti avtomobil yollarında gücləndirilmiş iş rejimində çalışıb.
Azərbaycanda şaxtalı havada avtomobil yollarının vəziyyəti açıqlandı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti avtomobil yollarında gücləndirilmiş iş rejimində çalışıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirilib ki, Bakı şəhərinin yollarında heç bir problem yoxdur. A.Nəcəfli bildirib ki, yollarda nəlqiyyat vasitələrinin hərəkəti tam təmin olunub: "Gecə boyu işlər görülüb, buz bağlayan yollara duz, qum səpilib, probıem aradan qaldırılıb".

Rayonlarda yolların vəziyyətinə gəlincə isə A.Nəcəfli bildirib ki, ucqar dağ kəndlərinə gedən yollarda müəyyən problemlər yaranmışdı: "Yol bağlanmamışdı, sadəcə, bəzi yollarda enişli-yoxuşlu hissələr buz bağlamışdı. Orada da duz-qum qarışığı səpilib və problem aradan qaldırılıb".

A.Nəcəfli bildirib ki, hazırda "Azəryolservis" tərəfindən bu istiqamətdə görülən tədbirlər davam etdirilir, qar yağan ərazilərdə təmizləmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti