...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssislərinin Əbu-Dabiyə səfəri başa çatıb

Cəmiyyət Materials 6 May 2016 16:09 (UTC +04:00)
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Əbu-Dabidən səfərdən qayıdıblar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssislərinin Əbu-Dabiyə səfəri başa çatıb

Bakı. Trend:

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Əbu-Dabidən səfərdən qayıdıblar.

Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Agentliyin direktoru Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 1-dən 3-nə kimi Almaniyanın "Munich Health and Daman Holding" şirkətinin dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində olublar.

Nümayəndə heyəti Almaniyadan olan mütəxəssislərin texniki dəstəyi ilə Əbu-Dabi şəhərində qurulmuş tibbi sığorta sistemi, xüsusilə sistemin ümumi təşkili, tibbi xidmətlərin göstərilməsi və tibbi sığortanın tətbiqində informasiya texnologiyalarının tətbiqi və mövcud monitorinq mexanizmləri ilə tanış olublar, müvafiq dövlət və qeyri-dövlət qurumları ilə rəsmi görüşlər keçiriblər.

Agentliyin şöbə müdiri İsa Əliyevin sözlərinə görə, "Munich Health and Daman Holding" şirkəti Əbu-Dabinin icbari tibbi sığorta sisteminin qurulmasında iştirak edir: "Səfərimizin məqsədi adıçəkilən tibbi sığorta qurumunun tibbi sığorta sahəsindəki işi, o cümlədən yaxın keçmişdə islahatların aparılmasında məsləhətçi alman şirkətinin rolu ilə yaxından tanış olmaq idi. Yəni Agentliyin mütəxəssisləri Birləşmiş Ərəb Əmirliklərinin deyil, Almaniyanın sözügedən şirkətinin işi ilə tanış olmaq üçün qısa müddətli səfər etmişdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti