...

Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu

Cəmiyyət Materials 12 İyun 2016 12:38 (UTC +04:00)
Azərbaycanda sabah gözlənilən hava şəraiti açıqlanıb.
Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu

Bakı. Trend:

Azərbaycanda sabah gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Yağışın Lənkəran-Astara zonasında intensiv olacağı ehtimal var.

Hava gündüz əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti