...

Azərbaycanda turizm zonaları üçün yeni güzəştlər

Cəmiyyət Materials 15 Sentyabr 2016 14:13 (UTC +04:00)
Azərbaycanda dövlət turizm fəaliyyətini gömrük, investisiya, viza rejimi, vergi, rüsum və digər məcburi ödənişlərə güzəşt və imtiyazlar vasitəsilə stimullaşdıracaq.
Azərbaycanda turizm zonaları üçün yeni güzəştlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dövlət turizm fəaliyyətini gömrük, investisiya, viza rejimi, vergi, rüsum və digər məcburi ödənişlərə güzəşt və imtiyazlar vasitəsilə stimullaşdıracaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, turizm fəaliyyətinə rəvac vermək üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikası büdcəsinə subvensiyalar, habelə dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikası büdcəsindən yerli büdcələrə subsidiyalar ayrıla bilər. Bu vəsaitlər həm müxtəlif səviyyəli proqramlar (dövlət proqramları, yerli proqramlar) çərçivəsində, həm də ayrı-ayrı hüquqi aktlarla ayrıla bilər.

Layihəyə görə, turizm və rekreasiya zonaları üçün bir sıra güzəşt və imtiyazlar tətbiq ediləcək. Bu güzəşt və imtiyazlara əsasən, turizm və rekreasiya zonalarında əsas infrastuktur dövlət hesabına yaradılacaq, belə ərazilər üçün Vergi Məcəlləsi ilə sadələşdirilmiş vergi müəyyən ediləcək.

Bununla yanaşı, müvafiq fondlar vasitəsilə ilə turizm infrastrukturu subyektlərinə güzəştli kreditlər veriləcək. Turizm infrastrukturu üçün nəzərdə tutulmuş və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mallar idxal rüsumundan azad ediləcək. Turizm və rekreasiya zonalarında təqdim olunan məhsulların əmtəə nişanları dövlətin vəsaiti hesabına təbliğ ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti