...

Bakıda krandan daş düşməsi hadisəsi ilə bağlı cinayət işi başlandı

Cəmiyyət Materials 13 Oktyabr 2016 14:23 (UTC +04:00)
Bakının Nəsimi rayonunda tikinti sahəsində qaldırıcı yük kranından daş düşməsi nəticəsində 4 nəfərin xəsarət alması ilə bağlı cinayət işi başlanıb.
Bakıda krandan daş düşməsi hadisəsi ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Bakının Nəsimi rayonunda tikinti sahəsində qaldırıcı yük kranından daş düşməsi nəticəsində 4 nəfərin xəsarət alması ilə bağlı cinayət işi başlanıb. Trend-in məlumatına görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222.2-ci (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Cinayət işi Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində araşdırılır.

Xatırladaq ki, hadisə Nəsimi rayonunun R.Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb. Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb. Hadisədə xəsarət almış şəxslər isə Kliniki Tibbi Yardım Mərkəzinə yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti