...

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Cəmiyyət Materials 17 Mart 2017 17:10 (UTC +04:00)
Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Trend Nazirliyin saytına istinadən bu barədə xəbər verir.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti