...

İordaniya Kral Akademiyasının direktoru Bilik Fondunda olub (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2017 18:18 (UTC +04:00)
İordaniya Kral Akademiyasının direktoru xanım Rim Masiri və konsul bu gün Bilik Fondunda qonaq olublar.
İordaniya Kral Akademiyasının direktoru Bilik Fondunda olub (FOTO)

Bakı. Trend:

Azərbaycana səfər edən İordaniya Kral Akademiyasının direktoru xanım Rim Masiri və İordaniyanın Azərbaycandakı səfirliyinin konsulu bu gün Bilik Fondunda qonaq olublar.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, qonaqlar Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüblər.

İcraçı direktor Fondun fəaliyyəti və Ərəb dili kurslarının hansı zərurətdən yaranması barədə qonaqlara geniş məlumat verərək bildirib ki, kursun dili daha yaxşı mənimsəyən dinləyiciləri Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı xidmət göstərəcək Könüllülər Proqramında iştirak edəcəklər.

O.Səmədov 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunnmasını xatırladaraq, Fondun "Səfir saatı" klubunun fəaliyyətindən danışıb, islam ölkələrinin Azərbaycandakı səfirlərinin kluba üzv olduqlarını deyib.

İcraçı direktor onu da xüsus olaraq vurğulayıb ki, Kral Akademiyasının qazandığı təcrübənin ölkəmizdə öyrənilməsi, yayılması, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

İordaniyanın Azərbaycandakı səfirliyinin konsulu bu görüşə görə, Fondun rəhbərliyinə minnətdarlığını bildirib.

R.Masiri Bilik Fondunda olmaqdan məmnunluğunu dilə gətirərək, rəhbərlik etdiyi təhsil ocağı ilə Fondun fəaliyyətindəki oxşar cəhətlərə diqqət çəkib. O, bildirib ki, Bilik Fondu ilə əməkdaşlıq etməyə hazırdırlar və bu istiqamətdə tədbirlər planının hazırlanmasına ehtiyac var.

R.Masirinin sözlərinə görə, birgə maarifləndirmə layihələri hər iki ölkənin bir-biri ilə elmi sahədə daha sıx əlaqələr qurmasına böyük təkan olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti