...

Qəbələdə 2 ədəd tank əleyhinə tüstü minası tapılıb (FOTO)

Cəmiyyət Materials 25 May 2017 17:07 (UTC +04:00)
Qəbələ rayonunda keçmiş hərbi şəhərciyin zirzəmisindən 2 ədəd tank əleyhinə tüstü minası (UDŞ) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Qəbələdə 2 ədəd tank əleyhinə tüstü minası tapılıb (FOTO)

Bakı. Trend:

Qəbələ rayonunda keçmiş hərbi şəhərciyin zirzəmisindən 2 ədəd tank əleyhinə tüstü minası (UDŞ) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 25 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 161 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 650 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 27 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 3 322 093 kv.m ərazi (614 670 kv.m əl ilə, 1 125 240 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 469 183 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti