...

28 May-Respublika Günü münasibətilə Afinada xeyriyyə konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2017 18:57 (UTC +04:00)
Afinanın nüfuzlu Meqaron Konsert Zalında “Emil, Ənvər və Dostları” caz qrupunun iştirakı ilə etno-caz xeyriyyə konserti təşkil olunub.
28 May-Respublika Günü münasibətilə Afinada xeyriyyə konserti keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən 28 May-Respublika Gününün 99-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Afinanın nüfuzlu Meqaron Konsert Zalında “Emil, Ənvər və Dostları” caz qrupunun iştirakı ilə etno-caz xeyriyyə konserti təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konsertdə Yunanıstanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, dövlət və özəl qurumların nümayəndələri də iştirak ediblər. Caz qrupunun ifası dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb və müsbət təəssürat yaradıb. Konsertdən əldə olunan gəlir “SOS Villages” Uşaq Xeyriyyə cəmiyyəti üçün nəzərdə tutulub.

Həmçinin səfirlik tərəfindən Hilton oteldə rəsmi qəbul təşkil edilib, Yunanıstanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, dövlət nümayəndələri, elm xadimləri, iş adamları, ticarət palatalarının üzvləri, diaspor nümayəndələri və KİV təmsilçiləri dəvət olunub, Azərbaycan musiqisi səsləndirilib.

“Emil, Ənvər və Dostları” caz qrupu may ayının 28-də “17-ci Afina Texnopolis Caz Festivalı”ında da çıxış edib. Qrupun daxilində Emil Afrasiyab (piano), Ənvər Sadıqov (akkordeon), Ələkbər Ələkbərov (tar), İsgəndər Ələsgərov (vurğu alətləri) və Elcan Cəbrayılov (bas gitara) ifa ediblər. Musiçilərimizin çıxışı ən böyük tamaşaçı marağı və rəğbəti göstərilən ifalardan biri olub.

Keçirilmiş tədbirlər yerli televiziya və radio kanallarında, həmçinin elektron KİV-də geniş şəkildə işıqlandırılıb, Vima elektron KİV-də Emil Afrasiyabla müsahibə (http://www.tovima.gr/society/article/?aid=882134) dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti