...

BEYNƏLXALQ HUMANİTAR HÜQUQ ÜZRƏ MÜSABİQƏ KEÇİRİLİR

Cəmiyyət Materials 16 Sentyabr 2005 18:16 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 10-13 noyabr 2005-ci il tarixdə Azərbaycan universitetlərinin beynəlxalq hüquq, hüquq və beynəlxalq münasibətlər fakültələrinin tələbələri arasında Beynəlxalq Humanitar Hüquq (BHH) üzrə ikinci müsabiqə keçirəcək. Bu barədə Trend ə BQXK-dan məlumat verilib.

Müsabiqədən əvvəl mütəxəssislər tərəfindən təqdimatlar keçiriləcək, iştirakçılara BHH-nin praktik tətbiqi və problemləri barədə ətraflı məlumat veriləcək.

Müsabiqədə iştirakçılar fərz olunan silahlı münaqişə vəziyyətində qərar qəbul etməli olacaqlar. Yerli və xarici mütəxəssislərdən ibarət olan münsiflər heyəti qalib komandanı verilmiş situasiyaya uyğun müəyyənləşdirəcək.

Xəbər lenti

Xəbər lenti