...

"AZƏRNEFT" VOLEYBOLÇULARI CEI KUBOKUNDA ÇIXIŞ ETMƏK HÜQUQU QAZANIB

Cəmiyyət Materials 12 Oktyabr 2005 16:32 (UTC +04:00)

Top komandalar Kubokunda çıxışını başa çatdıran kişilərdən ibarət "Azərneft" voleybol klubu mövsümü CEI Kubokunda iştirakı ilə davam etdirəcək.

Trend bildirir ki, komanda "Cenevrə", Yunanıstanın PAOK və Serbiyanın "Ürvenaya zvezda" ilə bir yarım qrupa düşüb və burada qalibi mini-turnir müəyyən edəcək. Təqvimə əsasən, görüşlər noyabrın ortalarında Genevrədə keçiriləcək.Beləliklə, yarışa daha yaxşı hazırlaşmaq üçün komandaların hələ vaxtı vardır.Yalnız qrupda birinci yeri tutan klub turnirin1/8 finalında öz çıxışını davam etdirmək hüququ qazanır.

Qeyd etmək lazımdır ki, "Azərneft" Makedoniyada top komandalar Kubokunda uğurlu çıxışla ikinci yeri tutub və orada CEI Kubokuna buraxılış qazanıb.

Xəbər lenti

Xəbər lenti