...

Ot üstündə xokkey üzrə Milli Federasiya rəhbərliyi Avropa Federasiyası Baş Assambleyasında iştirak edəcək

Cəmiyyət Materials 15 Oktyabr 2005 14:53 (UTC +04:00)

Ot üstündə xokkey üzrə Milli Federasiya rəhbərliyi oktyabrın 15-də Litvada Avropa Federasiyası Baş Assambleyasında iştirak edəcək.

Azərbaycan Federasiyanın vitse-prezidenti Namiq Əliyev və yığmanın meneceri Rəşad Əlizadənin də daxil olduğu nümayəndə heyətinə Federasiyasının prezidenti Fazil Məmmədov rəhbərlik edəcək. Assambleyada dünya çempionatının seçmə turnirinin yekunları müzakirə olunacaq, həmçinin, bu idman növunun gələcək inkişaf perspektivləri müəyən ediləcək.

Assambleyada Azərbaycan tərəfinin daha bir nüfuzlu yarış keçirmək təşəbbüsü ilə çıxış edəcəyi istisna olunmur.

Xəbər lenti

Xəbər lenti