...

Ramil Səfərovun ikinci işi üzrə növbəti məhkəmə prosesi fevralın 21-də keçiriləcək

Cəmiyyət Materials 17 Yanvar 2006 17:52 (UTC +04:00)

Yanvarın 17-də Peşt mərkəzi rayon məhkəməsində azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti məhkəmə dinləmələri keçirilib. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Bütünlükdə məhkəmə prosesi saat yarım davam edib. İşə baxılma hakim Tot Qyenqverin sədrliyi ilə keçirilib. R.Səfərovun vəkili isə macar vəkili Klara Fişer olub. İclasda prokuror müttəhimə ittihamı türk dilində təqdim edib. Bundan sonra hakim prosesin növbəti tarixinin fevralın 21-ə təyin edib.

Məhkəmə prosesində Azərbaycan səfirliyinin əməkdaşları tam tərkibdə iştirak ediblər.

Xatırladaq ki, bu artıq R.Səfərova münasibətdə 2004-cü ilin iyununda təcridxananın mühafizəçiləri ilə onun arasında baş vermiş insidentlə bağlı qaldırılan ikinci işdir. Dalaşma ilə nəticələnən insident R.Səfərovun mühafizəçilərin ona müraciət etdikləri macar dilini bilməməsi üzündən baş verib. R.Səfərov hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham edilir və o, dəqiq olmayan məlumatlara görə, 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Xəbər lenti

Xəbər lenti