...

AFFA-nın nümayəndə heyəti Brüsselə yola düşüb

Cəmiyyət Materials 9 Fevral 2006 14:40 (UTC +04:00)

AFFA-nın prezidenti Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avro-2008- çempionatının "A" qrupunda seçmə turnirin təqviminin müzakirələrində iştirak etmək üçün fevralın 9-da Brüsselə yola düşüb.

İşgüzar görüş zamanı Assosiasiyanın nümayəndələri qarşıdakı təsnifat təqvimini müəyyən etmək üçün Portuqaliya, Serbiya, Polşa, Finlandiya, Belçika, Ermənistan və Qazaxıstandan olan həmkarları ilə görüşəcək. Yığmanın baş məşqçisi Şahin Diniyev təsnifata payızın birinci ayında Finlandiya ilə başlamaq istəyir. Daha sonra komanda Belçikada oynamağı, Bakıda serblərdən xal götürməyi planlaşdırır. AFFA Ermənistan yığması ilə neytral meydançada görüşmək niyyətindədir.

Qeyd etmək lazımdır ki, dialoq iştirakçıları razılığa gələ bilməsə, görüşlər təqviminin tərtibatını UEFA öz üzərinə götürəcək.

Xəbər lenti

Xəbər lenti