...

Erməni rəqibini məğlub edən güləşçimiz qızıl medal qazandı

İdman Materials 9 Oktyabr 2015 15:48 (UTC +04:00)
Koreyanın Munqyeonq şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir.
Erməni rəqibini məğlub edən güləşçimiz qızıl medal qazandı

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Koreyanın Munqyeonq şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir. Bu gün başlayan yunan-Roma güləşi yarışlarının ilk günündə 59, 71, 80 və 98 kq çəkidə güləşçilər mübarizə aparıblar.

80 kq çəki dərəcəsində yarışlarda iştirak edən yığma komandanın üzvü Rafiq Hüseynov finala qədər inamlı güləşib. İlk görüşdə Estoniyadan Hardo Tuts (8:2), ardınca Litvadan Julius Mateuzeviçus (4:0) güləşçimizin qarşısında xalçanı məğlub tərk edib. Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də R.Hüseynovun (4:1) qələbəsi ilə nəticələnib və güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleev olub. İlk hissədəcə rəqibini təmiz qələbə (5:0) ilə məğlub edən R.Hüseynov Hərbçilərin 6-cı İdman Oyunlarının qızıl medalına sahib olub.

Yunan-Roma güləşi yarışlarının ikinci günündə Cavid İbrahimli (75 kq) və Soltan İsmayılov (85 kq) xalça üzərinə çıxacaq.

Xatırladaq ki, sərbəst güləş yarışlarında Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) isə bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti