...

NAZ şirkəti UEFA U-17 AÇ-nin nəqliyyat partnyoru olacaq

İdman Materials 19 Fevral 2016 09:54 (UTC +04:00)
NAZ şirkəti UEFA U-17 Avropa Çempionatı Azərbaycan 2016-nın rəsmi nəqliyyat partnyoru olacaq.
NAZ şirkəti UEFA U-17 AÇ-nin nəqliyyat partnyoru olacaq

Bakı. Trend:

NAZ şirkəti UEFA U-17 Avropa Çempionatı Azərbaycan 2016-nın rəsmi nəqliyyat partnyoru olacaq.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, bunun qarşılığında şirkət çempionatın loqosundan istifadə hüququ, ekskluziv məhsul kateqoriyası, azarkeşlər, VİP və media üçün xüsusi hədiyyələrin hazırlanması hüququ, rəsmi oyun proqramında 1 səhifəlik reklam yeri, 4 ədəd meydança ətrafı reklam (6 x 0.9 metr), media fonda loqo, oyun biletlərində loqo, rəsmi posterdə loqo, təbliğat materiallarında loqo, UEFA-nın saytındakı UEFA U-17 səhifəsində loqo və digər üstünlüklərdən yararlana biləcək.

Öz növbəsində NAZ şirkəti çempionatın püşkatma mərasimi üçün Yerli Təşkilat Komitəsini 15, turnir zamanı istifadə üçün isə 60 avtomobillə təmin edəcək.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti