Bakı. Trend:
UEFA Avropa Liqasının E qrupunda sentyabrın 29-da "Stadio Olimpico"da keçiriləcək “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Trend AFFA-ya istinadən məlumat verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.