...

"İnter"in prezidenti vəzifəsindən azad edildi

İdman Materials 27 Oktyabr 2016 18:12 (UTC +04:00)
"İnter" Peşəkar İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib.
"İnter"in prezidenti vəzifəsindən azad edildi

Bakı. Trend:

"İnter" Peşəkar İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib.

Trend-in məlumatına görə, klubun prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

"İnter" PİK-in rəhbərliyinin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti