...

"Neftçi"nin udan günü olacaq?!

İdman Materials 29 Oktyabr 2016 16:51 (UTC +04:00)
Bu gün Premyer Liqanın 10-cu turuna start verilib.
"Neftçi"nin udan günü olacaq?!

Bakı. Trend:

Bu gün Premyer Liqanın 10-cu turuna start verilib.

Trend-in məlumatına görə, ilk oyun Qəbələdə keçirilib. Yerli komanda "Neftçi"ni qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar - 12-ci dəqiqədə Sergey Zenyov hesabı açıb.

İkinci hissənin əvvəlində Araz Abdullayev tarazlıq yaradıb. Lakin 59-cu dəqiqədə Sergey Zenyov, 62-ci dəqiqədə Asif Məmmədov və 77-ci dəqiqədə Rəşad Eyubov "Neftçi"ni peşman edib - 4:1.

Beləliklə, "Qəbələ" 10 oyundan 24 xalla liderdir. 6 xallı "Neftçi" autsayderlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti