...

Dövlət Neft Fondu məzənnə fərqindən 2,5 milyard manatdan çox vəsait qazanıb (YENİLƏNİB)

İqtisadiyyat Materials 12 Oktyabr 2016 16:35 (UTC +04:00)
Oktyabrın 1-ə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri ilin əvvəli ilə (33,57 milyard dollar) müqayisədə 6,7 faiz artaraq 35,82 milyard dollar olub.
Dövlət Neft Fondu məzənnə fərqindən 2,5 milyard manatdan çox vəsait qazanıb (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov – Trend:

Oktyabrın 1-ə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri ilin əvvəli ilə (33,57 milyard dollar) müqayisədə 6,7 faiz artaraq 35,82 milyard dollar olub.

Trend-in məlumatına görə, bunu SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, SOFAZ-ın gəlirləri doqquz ay ərzində 6,62 milyard manat, xərcləri isə 3,82 milyard manat təşkil edib: "SOFAZ-ın yanvar-sentyabr aylarının yekunları üzrə məzənnə fərqindən gəlirləri 2,61 milyard manat təşkil edib".

Ş.Mövsümov qeyd edib ki, bu il oktyabrın 1-nə Fondunun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon dollar) nisbətən 6,7% artaraq 35 822,1 millyon dollara çatıb. Bu vəsaitin valyuta ifadəsində 33 949,6 milyon dolları (94,77%) investisiya portfeli, 1 872,5 milyon dolları isə manat hesabının payına düşür.

O deyib ki, hesabat dövründə SOFAZ-ın neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 883,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 867,0 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat, akrhesabı ödənişlər 3,3 milyon manat təşkil edib.

Ş.Mövsümov əlavə edib ki, Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Fondun 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 260,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 milyon, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə isə 48,6 milyon manat vəsait ayrılıb.

Fondun icraçı direktorunun sözlərinə görə, hesabat dövründə 20,8 milyon manat vəsait "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi" layihəsi üzrə 241,9 milyon manat, “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 127,0 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində SOFAZ-ın idarə edilməsi ilə bağlı xərcləri 11,9 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti