...

Azərbaycanın tanınan bankların birində kadr dəyişiklikləri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2015 10:00 (UTC +04:00)
"Unibank" ASC-nin rəhbərliyində yeni təyinatlar olub.
Azərbaycanın tanınan bankların birində kadr dəyişiklikləri olub

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Azad Həsənli/

"Unibank" ASC-nin rəhbərliyində yeni təyinatlar olub.

Bankdan Trend-ə bildiriblər ki, kadr dəyişiklikləri nəticəsində aprelin əvvəlindən icraçı direktorun səlahiyyətlərini yerinə yetirən Xalid Əhədov bu vəzifəyə təsdiq edilib. Bu vəzifə keçmiş icraçı direktor Cəlal Qasımovun iş yerini dəyişməsi ilə əlaqədar vakant qalmışdı.

İcraçı direktorun birinci müavini vəzifəsinə isə Emin Rəsulzadə təyin olunub. O, eyni zamanda, "Unibank" İdarə heyətinin üzvü, maliyyə işləri üzrə direktor və baş maliyyə administratoru vəzifələrində çalışır.

Bundan əvvəl X.Əhədovun tutduğu pərakəndə bank xidmətləri üzrə direktor vəzifəsinə isə İcra Komitəsinin üzvü Taleh Tahirli təyin olunub.

Bu təyinatadək T.Tahirli Unibank-da Pərakəndə Bank Məhsulları və Proseslərinin İnkişafı departamentinin rəhbəri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti