...

"Azər-Türk Bank"ın rəhbərliyində dəyişiklik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2015 18:26 (UTC +04:00)
"Azər-Türk Bank" ASC-nin rəhbərliyinin tərkibində dəyişiklik olub.
"Azər-Türk Bank"ın rəhbərliyində dəyişiklik olub

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

"Azər-Türk Bank" ASC-nin rəhbərliyinin tərkibində dəyişiklik olub.

Bankdan Trend-ə verilən məlumata görə, dəyişiklik çərçivəsində Fərid Orucov bankın baş direktoru təyin edilib.

F.Orucov bundan əvvəl bankda Nağd vəsaitlərlə iş üzrə departamentin direktoru vəzifəsində çalışıb.

Bunadək Afiq Xudayev bankın baş direktoru vəzifəsini tuturdu. O, hazırda "Azər-Türk Bank"ın İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti