...

Sığorta şirkəti "Günəşli"dəki yanğında xəsarət alanlara ödənişlər etməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2015 19:24 (UTC +04:00)
Onlar sığorta ödənişləri alacaqlar.
Sığorta şirkəti "Günəşli"dəki yanğında xəsarət alanlara ödənişlər etməyə hazırlaşır

Bakı. Azad Həsənli - Trend:

"PAŞA Həyat Sığorta" şirkəti "Günəşli" yatağındakı dəniz özülündə baş vermiş yanğın nəticəsində ölənlərin ailə üzvlərinin siyahısını hazırlayır. Onlar sığorta ödənişləri alacaqlar.

Bunu Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquliyev deyib.

Onun sözlərinə görə, hazırda sığorta ödənişləri üçün hesablamalar aparılır: "Hesablamaların nəticələrinə sabah yekun vurulacaq. SOCAR-ın xəsarət alan işçilərinin siyahısı da dəqiqləşdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti