...

Maliyyə naziri pensiyaların hesablanmasının yeni prinsipini açıqladı (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2016 14:28 (UTC +04:00)
Nazirlər Kabineti pensiya inkişafı konsepsiyasına müvafiq olaraq qanun layihəsini hazırlayıb və yaxın vaxtlarda onu Prezident Administrasiyasına təqdim edəcək.
Maliyyə naziri pensiyaların hesablanmasının yeni prinsipini açıqladı (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Nazirlər Kabineti pensiya inkişafı konsepsiyasına müvafiq olaraq qanun layihəsini hazırlayıb və yaxın vaxtlarda onu Prezident Administrasiyasına təqdim edəcək.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə "2015-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, qanunun əsaq məqsədi pensiyaların yığılmış pensiya kapitalı hesabına formalaşdırılmasıdır ki, hər bir kəs qazandığı vəsaitlərə müvafiq olaraq pensiya ala bilsin.

Diplomatların pensiyalarının artımı məsələsinə gəlincə, S.Şərifov qeyd edib ki, Maliyyə Nazirliyi bu məsələyə baxa bilər, lakin diplomatların pensiyaları ilə bağlı məsələ elə də acınacaqlı deyil: "Maliyyə Nazirliyi diplomatların pensiyalarının hesablanması üzrə xüsusi təklifi Xarici İşlər Nazirliyinə göndərib, lakin XİN indiyədək ona reaksiya verməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti