...

Azərbaycanın tranzit potensialının reallaşdırılması davamlı inkişafın təmini üçün vacibdir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri 7 Sentyabr 2016 12:08 (UTC +04:00)
Azərbaycanın tranzit potensialının reallaşdırılması ölkənin davamlı inkişafının təmin edilməsi üçün vacibdir.
Azərbaycanın tranzit potensialının reallaşdırılması davamlı inkişafın təmini üçün vacibdir (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın tranzit potensialının reallaşdırılması ölkənin davamlı inkişafının təmin edilməsi üçün vacibdir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Şahin Mustafeyev Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması üçün konsaltinq xidmətlərinin göstərilməsi haqqında sazişin imzalanmasına həsr olunmuş mərasimdə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə ciddi işlər aparır və əhəmiyyətli layihələr reallaşdırır.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycan, həmçinin enerji marşrutlarının mərkəzində yerləşir.

"Başlanğıcını Azərbaycandan götürən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri,Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin inşası ölkənin əhəmiyyətini artırır. O cümlədən onun beynəlxalq logistik mərkəz və nəqliyyat dəhlizi qismində imklanlarını artırır", - deyə Ş.Mustafayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti