...

Gələn il büdcədən sosial ipotekanın maliyyələşdirilməsinə ayrılacaq vəsait açıqlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2016 13:59 (UTC +04:00)
2017-ci ildə dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsinə Azərbaycan İpoteka Fondu vasitəsilə 50 milyon manat ayrılacaq.
Gələn il büdcədən sosial ipotekanın maliyyələşdirilməsinə ayrılacaq vəsait açıqlandı

Bakı. Ənvər Məmmədov – Trend:

2017-ci ildə dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsinə Azərbaycan İpoteka Fondu vasitəsilə 50 milyon manat ayrılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

Belə məbləğ 2016-cı ilin dövlət büdcəsində yerləşdirilib, bunun 28,2 milyon manatı artıq sosial ipotekaya ayrılıb.

Onun sözlərinə görə, maliyyələşdirmənin təxminən analoji məbləği (50 milyon manat) sosial mənzillərin tikintisi üçün Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti