...

Azərbaycan bir sıra ölkələrdə ticarət nümayəndəlikləri yaradacaq (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2016 11:21 (UTC +04:00)
Azərbaycan ticarət nümayəndəlikləri institutunun yaradılmasını planlaşdırır.
Azərbaycan bir sıra ölkələrdə ticarət nümayəndəlikləri yaradacaq (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan ticarət nümayəndəlikləri institutunun yaradılmasını planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, yaxın zamanlarda Azərbaycan Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəlikləri yaradacaq:

"İlin sonunadək Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələrimizi təyin edəcəyik. Onlar Azərbaycanın bu ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşları statusu alacaqlar".

Ş.Mustafayev əlavə edib ki, ixracın təşviqi üçün Azərbaycanda belə institutun yaradılması çox mühümdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti