...

Müştərilər “Expresso”nu seçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2017 15:55 (UTC +04:00)
"İlaxır çərşənbə" günü Mərkəzi bank tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması və əhalinin maliyyə biliklərinin artırılması məqsədi ilə "Park Bulvar" ticarət mərkəzində tədbir təşkil olunub.
Müştərilər “Expresso”nu seçir

Bakı. Trend:

"İlaxır çərşənbə" günü Mərkəzi bank tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması və əhalinin maliyyə biliklərinin artırılması məqsədi ilə "Park Bulvar" ticarət mərkəzində tədbir təşkil olunub.

"Expressbank"ın əməkdaşları tədbirdə iştirakçı qismində çıxış edərək müştəriləri torpaq çərşənbəsi münasibəti ilə təbrik edib, "Expresso" və digər kart məhsulları haqqında ətraflı məlumat veriblər.

Xatırladaq ki, "Expressbank"ın plastik kartları nağdlaşdırma zamanı tətbiq olunan sərfəli komissiyalar və plastik kartların əldə edilməsi üzrə tariflərinə görə xüsusi ilə seçilirlər. Məhz bu səbəbdən təqdimat müştərilərin böyük marağına səbəb olub və müştərilər onlayn qaydada "Expressbank" kartlarını sifariş ediblər.

"Expressbank"ın təqdim etdiyi plastik kartlar sırasında "Expresso" xüsusi yer tutur. Belə ki, "Expresso" kart – debet, güzəşt müddətli kredit, depozit, “cash back”, təmassız kart, sərbəst dizayn seçimi funksiyalarının özündə cəmləşdirən unikal bank kartıdır.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti