...

"AccessBank" yeni fərqli premium kart təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2017 18:49 (UTC +04:00)
"World MasterCard Black Edition" kartın sahibləri daha çox imtiyazlar əldə edəcəklər.
"AccessBank" yeni fərqli premium kart təqdim edib

Bakı. Trend:

"World MasterCard Black Edition" kartın sahibləri daha çox imtiyazlar əldə edəcəklər.

"AccessBank"dan Trend-ə verilən məlumata görə, bank nəfis dizaynı və eksklüziv imtiyazları özündə birləşdirən MasterCard Black Edition kartını müştərilərin istifadəsinə verib.

Bu kart öz vaxtına dəyər verən və səfər zamanı keyfiyyətli xidmətə ehtiyac duyan şəxslər üçün geniş imkanlar yaradır.

"MasterCard Black Edition" kartını sifariş edən şəxslər aşağıdakı üstünlükləri əldə edəcəklər:

Müştərilərin səhayətlərlə, əyləncələrlə, alış-veriş və digər bu tip sorğuları üçün dünyanın hər yerində pulsuz «Konsyerj» xidməti;
Priority Pass – dünyanın bir şox hava limanlarının VİP zallarına buraxılış;
Səyahət zamanı bədbəxt hadisələrdən və xəstəliklərdən sığortalanma;
Kartın itirildiyi təqdirdə MasterCard Global Service köməyi anında dəstək və digər xüsusi imkanlar.

Ətraflı məlumatı Bankın rəsmi İnternet saytından, Facebook səhifəsindən və 151 nömrəsi ilə Bankın Məlumat Mərkəzinə zəng vurmaqla əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti