...

SAHƏLƏRDƏN 22,5 MİN TON PAMBIQ YIĞILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2005 18:53 (UTC +04:00)

Artıq ölkədə kütləvi pambıq yığımına start verilib. Kənd Təsərrüfatı Nazirliyindən Trend xəbər agentliyinə verilən məlumata görə, sentyabrın 5-nə kimi sahələrdən 22,5 min ton xam pambıq yığılaraq emal müəssisələrinə satılıb. Bu isə ötən ilin müvafiq dövründəkindən 2 dəfə çoxdur.

Məhsul istehsalının artmasına təsir edən əsas amillərdən biri jari ildə pambığın əkini sahəsinin keçən ilə nisbətən 34,8 min hektar artmasıdır. Pambıq yığımı prosesi isə noyabrın ortalarına qədər davam edəjəkdir.

Ümumilikdə 2005-ji il mövsümündə ölkənin kənd təsərrüfatı rayonlarında 112,9 min hektar sahədə pambıq əkilib. Bu mövsümdə ən çox əkin işləri Saatlı, Sabirabad, Ağjabədi, Beyləqan, Biləsuvar, İmişli, Neftçala, Bərdə və s. rayonlardakı sahələrdə aparılıb.

"MKT" ASJ 65 min hektara yaxın sahədə, "Şəki-İpək" ASJ isə təqribən 40 min hektar sahədə pambıq əkib. Yerdə qalan sahələrdə isə İsveçrənin "Cekot" şirkəti və Ağdam ilə Kürdəmirdə fəaliyyət göstərən səhmdar jəmiyyətləri tərəfindən əkin işləri aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Kənd Təsərrüfatı naziri İsmət Abbasov media nümayəndələri ilə görüşündə bu il ölkədə 185 min ton pambıq istehsalı gözlənildiyini biddirmişdir. Bu isə ötən illə müqayisədə təqribən 50 min ton çoxdur.

Xatırladaq ki, ötən il ölkənin 21 rayonu üzrə 78,1 min hektar sahədə pambıq əkilmiş və yığım mövsümündə sahələrdən 135 min tona yaxın pambıq toplanaraq emal müəssisələrinə satılmışdır. Bu göstəriji isə 2003-jü illə müqayisədə 33,2 min ton və ya 35,8% çoxdur.

Xəbər lenti

Xəbər lenti