2006-cı ilin fevral-mart aylarında Pakistanın iş adamlarından ibarət qrup Azərbaycana gələcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Pakistandakı səfirliyinin konsulu Daşqın Şikarov məlumat verib.
Onun sözlərinə görə, səfər hər iki ölkənin ticarət-sənaye palataları səviyyəsində təşkil ediləcək və missiyaya iqtisadiyyatın müxtəlif sahələrinin nümayəndələri daxil olacaq. İş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlığın qurulması, investisiyaların qoyulması, konkret sahələrin müəyyən edilməsi yollarını müzakirə etmək niyyətitndədir.
Səfər Azərbaycan və Pakistan prezidentlərinin hər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, mal dövriyyəsinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçiriləcək.