...

Azərbaycana Şimali Kiprdən sitrus meyvələri idxal olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2005 11:39 (UTC +04:00)

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaTraiding" şirkəti Şimali Kiprdən sitrus meyvələri idxal edəcəkdir. Bu barədə şirkətlər qrupundan Trend xəbər agentliyinə məlumat verilibdir. Verilən məlumata görə, şirkət idxal əməliyyatlarına dekabrın sonuna kimi başlamağı planlaşdırır. 2006-cı ilin fevral ayından başlayaraq isə "AtaTraiding" Şəmkir Quşçuluq Fabrikinin məhsullarının Gürcüstan bazarına çıxarılması istiqamətində fəaliyyət göstərəcəkdir.

Qeyd edək ki, yeni yaradılmış "AtaTraiding" şirkəti kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən şirkətlərin maddi texniki təchizatının möhkəmləndirilməsi, eyni zamanda beynəlxalq bazarda ticarət əməliyyatlarının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycana Şimali Kiprdən sitrus meyvələrinin idxalı ilə bağlı bu ilin avqustunda Bakıda hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forumda razılıq əldə olunmuşdur. "AtaHolding" şirkətlər qrupunun müşahidə şurasının sədri Ahmet Erentok media nümayəndələrinə müsahibəsində idxal olunacaq sitrus meyvələrinin yerli tələbatı ödəməklə yanaşı Azərbaycandan region ölkələrinə də (Rusiya, Gürcüstan və s.) satılacağını bildirmişdir. A.Erentok bir il ərzində təqribən 1 milyon dollarlıq satış həcminin olacağının hesablandığını qeyd etmişdir.

Xəbər lenti

Xəbər lenti