...

Aqrolizinq ASC aqrokimyəvi maddələrin sığortası üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 16:20 (UTC +04:00)

Aqrolizinq ASC aqrokimyəvi maddələrin (gübrə) sığortası üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, tenderdə maraqlı olan şirkətlər 16 dekabr 2005-i il tarixinə kimi 500 min manat həcmində pul köçürməli və qeydiyyatdan keçməlidir.

Şirkətə tender təklifləri 2005-ci il dekabrın 20-nə kimi təqdim olunmalıdır.

Təkliflər paketi dekabrın 21-də müəssisədə açılacaq.

Bu, müəssisə tərəfindən sığorta üzrə elan edilmiş ikinci tenderdir. Birinci tender cari ilin avqustunda müəssisənin maddi-texniki bazasını təmin etmək üçün alınmış texnikanın sığortası üzrə keçirilmişdi. Tenderdə iştirak etmiş Alfa Insurance, Standart Insurance və Atasigorta sığorta şirkətləri arasında qalib Alfa Insurance olub.

Xəbər lenti

Xəbər lenti