...

İstirahət günü Bakının bir sıra rayonlarında qaz olmayacaq

Energetika Materials 15 Mart 2013 16:39 (UTC +04:00)
Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
İstirahət günü Bakının bir sıra rayonlarında qaz olmayacaq

Azərbaycan, Bakı, 15 mart /Trend/

Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, martın 17-də saat 11:00-dan "Mədən" qazpaylayıcı stansiyasından qidalanan "Bakqaz" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Səbail, Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti