...

Samsung-un vitse-prezidenti Azərbaycanda podratçıdır

Energetika Materials 2 Mart 2015 18:33 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Samsung Engineering Co., Ltd.” şirkətinin baş icraçı vitse-prezidenti, əməliyyatlar üzrə baş direktor və Karbohidrogenlər üzrə Biznes bölməsinin rəisi Sunq An Çoinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Samsung-un vitse-prezidenti Azərbaycanda podratçıdır

Azərbaycan, Bakı, 2 mart /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Samsung Engineering Co., Ltd." şirkətinin baş icraçı vitse-prezidenti, əməliyyatlar üzrə baş direktor və Karbohidrogenlər üzrə Biznes bölməsinin rəisi Sunq An Çoinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, R.Abdullayev ARDNŞ və "Samsung Engineering Co.,Ltd." arasında Karbamid zavodu layihəsi çərcivəsində davam edən səmərəli tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, zavodun tikintisinin uğurla davam etdiyini vurğulayaraq bundan sonrakı işlərin də müvəffəqiyyətlə nəticələnəcəyinə inandığını bildirib. Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edən S.A.Çoi ARDNŞ-nin Karbamid zavodunun tikintisində baş podratçı qismində iştirak etməsindən qürur duyduğunu söyləyib və şirkətin ölkəmizdəki fəaliyyətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Görüşdə Karbamid zavodu layihəsinin reallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti