...

Azərbaycan neftinin qiymətləri: 25-29 aprel həftəsinin yekunları

Energetika Materials 30 Aprel 2016 16:20 (UTC +04:00)
Ötən həftə (25-29 aprel) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 46,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,05 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 25-29 aprel həftəsinin yekunları

Bakı. Azad Həsənli - Trend:

Ötən həftə (25-29 aprel) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 46,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,05 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 48,09, minimum isə 45,62 dollar/barel təşkil edib.

25-29 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 42,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,2 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 44,12, minimum isə 41,58 dollar/barel olub.

25-29 aprel həftəsində "Brent Dated" növünün orta qiyməti 44,4 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,62 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 45,61 dollar, minimum isə 43,21 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti