...

7 saylı dəniz dəniz özülündə ilk quyu istismara verildi

Energetika Materials 29 İyul 2016 11:28 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağının mənimsənilməsini müvəfəqiyyətlə davam etdirir.
7 saylı dəniz dəniz özülündə ilk quyu istismara verildi

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağının mənimsənilməsini müvəfəqiyyətlə davam etdirir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilərək, süzgəclər açılmaqla 2753-2716 metr intervaldan sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti