...

AZƏRIQAZNƏQL İB "YEVLAX-BALAKƏN" QAZ KƏMƏRİNİ TƏMİR EDƏCƏK

Energetika Materials 20 İyul 2005 18:25 (UTC +04:00)

Azəriqaznəql İB ("Aztransqaz" İB - Azəriqaz QSC-nin stukturu) uzunluğu 3,855 km, diametri 530 mm olan "Yevlax-Balakən" qaz xəttinin əsaslı təmiri üçün keçirilən tenderin qalibini müəyyən edib.Bu barədə "Tpend" agentliyinə İB-də bildirilib.

Qaz kəmərinin əsaslı təmirini 2 saylı Ağdam tikinti-montaj idarəsi həyata keçirəcək.Qaz kəmərinin 10-13 km, 22-23 km, 35-35,5 km, 36-39 km hissələrinin əsaslı təmirinin aparılması nəzərdə tutulur.İşlərin yerinə yetirilməsinə 60 gün ayrılıb.

Xəbər lenti

Xəbər lenti