...

Aparılmış əməliyyatlar nəticəsində Barmek Azərbaycana 782 252 689 manat vəsait köçürülüb

Energetika Materials 1 Dekabr 2005 18:29 (UTC +04:00)

1saylı müştəri xidməti mərkəzində aparılmış əməliyyatlar nəticəsində noyabr ayı ərzində Barmek Azərbaycan şirkətinə 782 252 689 manat vəsait köçürülüb. Şirkətdən Trend ə verilən məlumata görə, mərkəz sentyabrın 10-dan fəaliyyətə başlayıb. Bu dövr ərzində mərkəzə 7185 abunəçi müraciət edib ki, onların da 905 nəfəri əhali kateqoriyasına daxil olub. 643 nəfər texniki şərtlər əldə etmək, 1366 nəfər müxtəlif arayışlar almaq, 4177 nəfər isə istifadə olunmuş elektrik enerjisinə görə borcun ödənilməsi ilə əlaqədar müraciət edib.

Yeni mərkəz həftənin bütün günləri saat 08:30-dan 21:00-a qədər fəaliyyət göstərir. Burada abunəçilərin istənilən suallarına cavab verilir, ödənişlər və xəbərdarlıqlarla bağlı problemlər həll olunur.

Şirkət ilin sonuna kimi Sumqayıtda və Xaçmazda da belə mərkəzlər açmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti