...

Azərbaycana mobil telefon idxalı azalıb

Telekommunikasiya Materials 12 Dekabr 2014 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir H.Vəliyev/

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 4452,6 min dollar dəyərində 77 836 mobil telefon, həmçinin simsiz şəbəkələrdə (planşet kompüterləri, radiotelefonlar və s.) işləyən digər qurğular idxal edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycana idxal edilmiş mobil telefonların sayı 16 faiz (ötən ilin eyni dövründə 92 646 ədəd olub) azalıb. Bu göstərici dəyər ifadəsində təqribən 11,3 faiz azalıb.

Orta hesabla ölkəyə hər ay 7,7 min mobil telefon idxal edilib. Mobil telefon bazarının orta aylıq həcmi dəyərlə ifadədə 445 min dolları ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti