...

Azərbaycanda "Siri"nin analoqu yaradılıb

Telekommunikasiya Materials 22 Aprel 2015 01:00 (UTC +04:00)
"Dilmanc" proqram təminatçısı şirkəti "Siri" fərdi intellektual köməkçisinin analoqunu yaradıb.
Azərbaycanda "Siri"nin analoqu yaradılıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın "Dilmanc" proqram təminatçısı şirkəti "Siri" fərdi intellektual köməkçisinin analoqunu yaradıb. Bunu Trend-ə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib.

Onun sözlərinə görə, layihə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.

Ə.Fətullayev xatırladıb ki, Azərbaycan BMT-nin Əlillərin hüquqları haqqında Konvensiyasına qoşulub: "Konvensiya yaradıcı və intellektual potensiallarını inkişaf etdirmək üçün sağlamlıq imkanları məhdud insanlara şərait yaratmağa çağırır. Digər vacib məqam isə onların İKT-yə çıxış imkanlarının sadələşdirilməsidir. "Dilmanc" layihəsi çərçivəsində hazırlanmış fərdi intellektual köməkçinin analoqu sağlamlıq imkanları məhdud insanlara kommunikasiya vasitələrindən maneəsiz istifadə etməyə imkan verəcək. Məsələn, onları maraqlandıran suallara cavab almağa imkan verəcək".

Sistem, həmçinin səs komandalarının köməyi ilə smartfonları idarə etməyə imkan verir ki, bu da SMS-lərin toplanması və göndərilməsinə gərəkli ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti