...

Bakcell: İşçilərin ixtisarı gündəmdə deyil

Telekommunikasiya Materials 22 Yanvar 2016 17:28 (UTC +04:00)
"Bakcell" işçilərini kütləvi şəkildə ixtisar etməyi planlaşdırmır.
Bakcell: İşçilərin ixtisarı gündəmdə deyil

Bakı. Trend:

"Bakcell" işçilərini kütləvi şəkildə ixtisar etməyi planlaşdırmır.

Bunu Trend-in sorğusuna cavab olaraq Bakcell-dən bildiriblər.

Şirkətdən deyiblər ki, "Bakcell" bazarın mövcud durumunu diqqətlə müşahidə edir və hazırda şirkətin 2016-cı il üçün hazırlanmış strategiyasına yenidən baxılır: "Bununla yanaşı, biz telekommunikasiya xidmətlərinin istehlakında müəyyən azalma müşahidə edirik. Bu azalma davam edəcəyi təqdirdə, "Bakcell" müvafiq tədbirlər görməli olacaq. Lakin hazırda digərlərindən fərqli olaraq, işçilərimizi kütləvi şəkildə ixtisar etməyi planlaşdırmırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti