...

AZERCELL –İN ÖZƏLLƏŞDİRİLMƏSİNDƏN AZƏRBAYCAN ƏN AZI 100 MİLYON DOLLAR GƏLİR ƏLDƏ EDƏCƏK

Telekommunikasiya Materials 8 Avqust 2005 18:55 (UTC +04:00)

Azercell birgə müəssisəsinin özəlləşdirilməsindən Azərbaycan 100 milyon dollar gəlir əldə etmək niyyətindədir. Bu barədə Trend ə iqtisadi inkişaf naziri Fərhad Əliyev məlumat verib. Enyi zamanda o, bunun ən aşağı məbləğ olduğunu, əslində isə hökumətin daha iri məbləğ nəzərdə tutduğunu bildirib.

"Müəssisənin qiymətləndirilməsi və özəlləşdirməyə hazırlaşması planında biz əlimizdən gələn hər şeyi etmişik. Hazırda qiymət qoyma işlərinə yekun vurulmalıdır. Növbəti mərhələdə elan olunmuş qiymətə Azərbaycan hökumətinin payının alınması əsas xarici təsisçi Azercell - Fintur-a təklif olunacaq.

Bundan sonra, əgər onlar bundan imtina etsələr, biz başqa tədbirlər həyata keçirəcəyik. Özəlləşdirməyə qoyulmanın müddəti bizdən asılı deyil, lakin bunun büdcəyə daxil olacaq böyük gəlir olduğu üçün biz bu işin ən qısa müddətdə başa çatmasının tərəfdarıyıq ", - deyə F.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti