...

SENTYABRIN SONUNADƏK BAKI TELEFON RABİTƏSİ YENİ NGN TEXNOLOGİYASINI İSTİSMARA VERMƏYİ PLANLAŞDIRIR

Telekommunikasiya Materials 20 Sentyabr 2005 17:28 (UTC +04:00)

Sentyabrın sonunadək Bakı Telefon Rabitəsi İB yeni NGN (Next Generation Network) texnologiyasını istismara verməyi planlaşdırır.İB-də Trend ə bildirilib ki, həmin texnologiyaya aid avadanlıq alınıb və hazırda montaj işləri aparılır.

İB-də həm də qeyd olunub ki, yeni texnologiya /464 telefon stansiyasının bazasında tətbiq ediləcək və rabitənin göstərilən xidmətinin keyfiyyətini xeyli dərəcədə yaxşılaşdaracaq.

"Hazırda NGN texnologiyası xidmətlərində dəqiq tariflərin müəyən edilməsi üzrə də işlər aparılır" -deyə İB-də qeyd olunub.Layihənin icraçısı Çinin Huawey Tech Investment şirkətidir.

NGN (gələcək nəslin şəbəkəsi) nitqin, təsvirin və paket kommutasiyasından istifadə ilə məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş çoxtərəfli universal şəbəkəni təqdim edir. NGN şəbəkəsi xidmətin keyfiyyətini, telekommunikasiyanın müxtəlif növləri üçün lazım olan hər bir şeyi təmin edir.

Həmin texnologiyanın Bakıda tətbiqindən sonra abunəçilər istər IoIP-telefoniya, səsli poçt, məlumatların verilməsi xidmətləri, multimediya xidmətləri, virtual özəl şəbəkələr, unifikasiya edilmiş məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, interaktiv cavab sistemi xidmətləri, interaktiv oyunlar, videokonfranslar və ev meneceri kimi xidmətlərdən istifadə edə biləcək.

Xəbər lenti

Xəbər lenti