...

Azərbaycan poçt rabitəsi üzrə beynəlxalq seminarda iştirak edəcək

Telekommunikasiya Materials 10 Noyabr 2005 17:42 (UTC +04:00)

Azərbaycan poçt rabitəsi üzrə beynəlxalq seminarda iştirak edəcək. Azəerpocht Dövlət Müəssisəsindən Trend ə verilən məlumata görə, dekabrın 2-3-də Pmarisdə keçiriləcək tədbirin təşkilatçısı Fransanın poçt administrasiyasıdır.

Təbdirdə Azərbaycanı Azərpocht DM-nin baş direktorunun müavini Sübhan Kazımov təmsil edəcək.

Müəssisədən həmçinin, bildirilib ki, seminar poçt sahəsində islahatlara həsr olunub və onun işində əsasən, Baltik və MDB ölkələri iştirak edəcək.

Seminarın gedişində adı çəkilən ölkələrdə poçt şəbəkəsi sahəsində reallaşdırılan islahatların rolu və bu sahədə həyata keçirilən işlərin yekunları və s. müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti