...

Türkiyənin Netsis şirkəti Azərbaycanda İT bazarına qoşulur

Telekommunikasiya Materials 9 Dekabr 2005 15:46 (UTC +04:00)

Bu gün "AtaTexnologiya" MMC Türkiyənin Netsis ticarət və sənaye şirkətinin ERP proqram paketinin təqdimatını keçirib. Trend bildirir ki, dekabrın 9-da Excelsior Baku Hotel-də bununla bağlı keçirilən mətbuat konfransında "AtaTexnologiya"nın sədri Əli İhsan Danışman "AtaHoldinq" SC, "Nurgün Qrupp" MMC və "Gilan Dərə" SC-nin Azərbaycanda bu proqramın ilk istifadəçiləri olduğunu qeyd edib. Sonuncu iki şirkətə sertifikatlar verilib.

Ə.İ Danışman bildirib ki, bu texnologiyaların üstünlüyü ondadır ki, 8-10 ay ərzində bunlar ödənir və gəlir igətirməyə başlayır. Netsis şirkəti mühasibat uçotu, maliyyə, istehsal, satış, təchizat, nəqliyyat, keyfiyyət nəzarəti, ambar fəaliyyəti və s. istiqamətində hüquqi şəxslər üçün proqramlar hazırlayır.

Azərbaycanda İT sahəsində ilk layihə "Sistemli inteqrator" olub, amma şirkət bank, telekommunikasiya sistemi kimi spesifik sahələrdə xidmət göstərməyə başlamağı planlaşdırır.

"AtaHoldinq"in tərkibinə daxil olan ən gənc şirkət "AtaTexnologiya" 2004-cü ilin sonunda fəaliyyətə başlayıb. Şirkət "AtaHoldinq" və Türkiyənin Infotech şirkəti tərəfindən yaradılıb. "AtaTexnologiya" Netsis şirkətinin Azərbaycanda rəsmi sənaye nümayəndəsidir.

Xəbər lenti

Xəbər lenti