...

Yanvarda rabitə sahəsində 34,1 milyon manatlıq xidmət göstərilib

Telekommunikasiya Materials 16 Fevral 2006 14:40 (UTC +04:00)

2006-cı ilin yanvar ayında Azərbaycanda rabitə sahəsində 34,1 mln. manatlıq xidmət göstərilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25,8% çoxdur. Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Həmin xidmətlərdən 26,1 % -i dövlət, 73,9 % -i özəl müəssisələrin payına düşüb ki, bu həcmdə artım müvafiq olaraq 25,2% və 26,1 % təşkil edib. Bu zaman göstərilən rabitə xidmətlərindən 78,3% -i əhaliyə göstərilən xidmətlərin payına düşür.

Bundan əlavə, mobil rabitədən əldə olunan gəlir ötən illə müqayisədə 27,3% artıb və 22,8 mln. manat göstəricisinə çatıb.

Azərbaycanın regionlarında rabitə sahəsindəki vəziyyətə gəldikdə, burada Abşeron iqtisadi zonası istisna olmaqla əhəmiyyətli artım müşahidə olunub. Belə ki, Aran iqtisadi zonasındaka göstərilən telekommunikasiya xidmətlərinin həcmi 14,7%, Quba-Xaçmazda 11%, Şirvan zonasında 14,6%, Şəki-Zaqatalada 20,7%, Gəncə - Qazaxda 9,9%, Naxçıvanda 17,8% və Lənkəranda 2,7% təşkil edib.

Xəbər lenti

Xəbər lenti