...

"Bakcell" rouminq üzrə yeni tarifləri açıqlayıb

Telekommunikasiya Materials 14 Mart 2014 16:57 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti yeni rouminq kampaniyasına start verib.
"Bakcell" rouminq üzrə yeni tarifləri açıqlayıb

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti yeni rouminq kampaniyasına start verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, indi "Bakcell" ilə rouminqdə olmaq daha sərfəli və asandır. Dünyanın 30 ölkəsində aktiv olan bu kampaniyaya qoşulmaq üçün *130# YES kodunu yığmaq yetərlidir. Kampaniya çərçivəsində daxil olan zənglərin dəqiqəsi 25 qəpik, çıxan zənglərin dəqiqəsi 75 qəpik, gündəlik xidmət haqqı isə cəmi 35 qəpik təşkil edir.

Qeyd edək ki, abunəçi kampaniyaya yalnız Azərbaycanda olduğu vaxt deyil, ölkəni tərk etdikdən sonra da qoşula bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti