Azərbaycan, Bakı, 30 aprel / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda istirahət günü yol qəzalarında 4 nəfər ölüb, 17 nəfər yaralanıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 29-da respublikada 11 yol qəzası qeydə alınıb.
Qəzaların 3-ü Bakıda baş verib. Paytaxtda yol qəzalarında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Bakının Nəsimi rayonunda, Mirqasımov küçəsində "Mercedes" markalı minik avtomobili aşıb və sürücü hadisə yerində keçinib.
Mingəçevirdə "Opel" markalı minik avtomobili maneəyə çırpılıb, 1 nəfər ölüb.
Xaldan-Mingəçevir yolunun Yevlax rayonu ərazisinə düşən hissəsində iki "VAZ 2106" markalı avtomobil toqquşub, 3 nəfər yaralanıb.
Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində "VAZ 2107" ilə "VAZ 2104" marakalı minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb.
Bütün faktlarla bağlı cinayət işi açılıb.