Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Yanvarın 25-nə keçən gecə Bakının Heydər Əliyev prospektində "Toyota Land Cruiser" markalı avtomobil aşıb, ölən var.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, yanvarın 25-i saat 00:20 radələrində H.Əliyev prospektində Bakı şəhər sakini Mais Məmmədov idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomaşının idarəetməsini itirərək aşırıb.
Məmmədov hadisə yerində ölüb.